Kəskin süst ifliclərin aşkar olunmasına dair Yardımlı rayonunda növbəti təlim və monitorinqlər keçirib.

Səhiyyə Nazirliyinin “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin davam edilməsi barədə” 54 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın icrası ilə əlaqədar ölkədə poliomielitin profilaktikası və kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinqlərin keçirilməsi davam edir.

Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-ın həkim–epidemioloqları 29 – 31 iyul 2025-ci il tarixlərində Yardımlı rayonuna ezam olunublar.

Təlim zamanı Yardımlı rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Yardımlı rayon MRX-ın ASM-də və Çayüzü həkim məntəqəsində monitorinqlər təşkil edilib, eyni zamanda rayon ərazisində fəaliyyət göstərən tibb işçiləri üçün təlim keçirilib.

Monitorinqlər və təlimdə  tibb işçilərinə Kəskin Süst İflic hadisələrinin aktiv aşkarlanması, araşdırılması, məlumatların təhlil edilməsi və uşaqların poliomielitə qarşı peyvəndlə əhatə olunmasının yüksək səviyyədə saxlanılması barədə ətraflı məlumat verilib. Həmçinin, monitorinqlərin keçirilməsi ölkənin poliomielitdən azad ərazi statusunun saxlanılması üçün çox vacib məsələlərdən biri olduğunu vurğulayıblar.