Koronavirus (COVID-19) xəstəliyinə yoluxma hallarının yenidən artmasının qarşısını almaq məqsədi ilə Dövlət Sanitariya – Epidemioloji Xidmətinin əhaliyə müraciəti
Ana səhifə › Xəbərlər › Koronavirus (COVID-19) xəstəliyinə yoluxma hallarının yenidən artmasının qarşısını almaq məqsədi ilə Dövlət Sanitariya – Epidemioloji Xidmətinin əhaliyə müraciəti
Koronavirus (COVID-19) xəstəliyinə yoluxma hallarının yenidən artmasının qarşısını almaq məqsədi ilə Dövlət Sanitariya – Epidemioloji Xidmətinin əhaliyə müraciəti
İyl 15, 2022 439 Views
Koronavirus (COVID-19) xəstəliyinə yoluxma hallarının yenidən artması ilə əlaqədar olaraq özünüzün və ətrafınızdakı insanların sağlamlığını qorumaq üçün aşağıdakı qaydalara əməl edin:
Əllərinizi müntəzəm olaraq spirt əsaslı vasitələrlə silin və ya sabunla yuyun;
İctimai yerlərdə məsafəni gözləyin – insanlardan ən azı 1 metr məsafədə dayanın;
Əllərinizlə gözlərinizə, burun və ağzınıza toxunmayın;
Öskürək və asqırma zamanı ağzınızı və burnunuzu birdəfəlik salfetlə və ya dirsək büküşü ilə örtün, istifadədən sonra salfeti zibil qutusuna atın və əllərinizi yuyun və ya dezinfeksiya edin;
İctimai və qapalı yerlərdə maska taxmağınız məsləhət görülür;
Qapalı yerləri mütəmadi olaraq havalandırın;
Buster doza ilə peyvənd olunmağınız vacibdir!
Özünüzü və ətrafınızdakıları COVID-19 infeksiyasından qoruyun!