Milli pandemiya planının yenilənməsi üçün masaüstü simulyasiya təlimləri keçirildi
Ana səhifə › Xəbərlər › Milli pandemiya planının yenilənməsi üçün masaüstü simulyasiya təlimləri keçirildi
Milli pandemiya planının yenilənməsi üçün masaüstü simulyasiya təlimləri keçirildi
Noy 17, 2025 16 Views
2023-cü ilin may ayında Beynəlxalq Tibbi Sanitariya Qaydalarının tətbiqi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspert heyəti tərəfindən Azərbaycanda aparılmış Birgə Xarici Qiymətləndirmə (Joint External Evaluation) nəticəsində irəli sürülmüş əsas tövsiyələrdən biri Milli Pandemiya Planının yenilənməsi olub.
Sözügedən planın yenilənməsi məqsədilə 4–7 noyabr 2025-ci il tarixlərində Hyatt Regency Baku otelində masaüstü simulyasiya təlimləri (SimEx) keçirilib. Təlim zamanı iştirakçılara xarici ekspertlər tərəfindən hazırlanmış müxtəlif simulyasiya məşqləri təqdim olunub.
Seminarın sonunda Milli Pandemiya Planının quruluşu və əsas prioritetləri müzakirə edilib.
Təlimlərdə Səhiyyə Nazirliyi, nazirliyin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, TƏBİB, AQTA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak edib.