Moldovada İmmunlaşdırma proqramı üzrə seminar keçirilib
Ana səhifə › Xəbərlər › Moldovada İmmunlaşdırma proqramı üzrə seminar keçirilib
Moldovada İmmunlaşdırma proqramı üzrə seminar keçirilib
Dek 13, 2022 428 Views
5-9 dekabr tarixlərində Moldovanın Kişinyov şəhərində ÜST-nin Moldova Ölkə Ofisinin təşkilatçılığı, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi və Beynəlxalq Uşaq Mərkəzi (ICC) ilə tərəfdaşlıq çərçivəsində İmmunlaşdırma proqramı menecerləri üçün seminar keçirilib.
Seminarda soyuq zəncir sisteminin idarə edilməsi, immunlaşdırma tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi, vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması və epidemioloji nəzarət, monitorinq və s. mövzular müzakirə edilib.
Tədbirdə Moldova, Azərbaycan, Ukrayna və Qazaxıstan nümayəndələri iştirak ediblər. Azərbaycandan ÜST-nin Azərbaycan ölkə ofisinin nümayəndəsi Sevinc Həsənova, TƏBİB-in tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri T.Mirzəbəyli və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin həkim-epidemioloqu A. Rzayeva iştirak ediblər.