Naxçıvan MR-da İmmunlaşdırma tədbirlərinin qiymətləndirilməsi aparılıb
Ana səhifə › Xəbərlər › Naxçıvan MR-da İmmunlaşdırma tədbirlərinin qiymətləndirilməsi aparılıb
Naxçıvan MR-da İmmunlaşdırma tədbirlərinin qiymətləndirilməsi aparılıb
Dek 3, 2024 21 Views
25-29 noyabr 2024-cü il tarixlərdə BMT-nin Uşaq Fondu (UNİCEF) nümayəndələri və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini Afaq Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Səfər zamanı Muxtar Respublikada İmmunlaşdırma proqramının icra vəziyyətinin qiymətləndirilməsi aparılıb.
Qiymətləndirmə tədbirləri Muxtar Respublikanın Naxçıvan şəhər, Babək, Ordubad, Culfa, Şahbuz, Şərur, Sədərək, Kəngərli rayon tibb müəssisələrində keçirilib, aşkar olunan çatışmazlıqlarla bağlı tibb müəssisələrinə metodiki köməklik göstərilib.