Qaradağ rayonunda növbəti seminar keçirilib

Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ mütəxəssislərinin iştirakı ilə Qaradağ rayonu  Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbdə  təşkil olunmuş növbəti seminar keçirilib.

Tədbirdə ümumi təhsil orta və məktəbəqədər təhsil  mütəxəssislərinin rəhbər, tibb işçiləri və pediatrları iştirak edib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi haqqında, həmçinin uşaq və yeniyetmələrin   sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunması barədə təqdimat nümayiş edilib.

Eyni zamanda, aktiv həyat tərzi, fəal istirahət, uşaq və yeniyetmələr arasında tütünçəkmənin zərərləri  barədə təbliğat işləri aparılaraq tədbir iştirakçılarına müxtəlif mövzularda təbliğat materialları təqdim edilib.