Qızılcanın əlamətləri və qarşısının alınması

Qızılca uşaqlar arasında ciddi sağlamlıq riski yaradan yoluxucu
virus infeksiyasıdır. Qızılca virusu yüksək hərarət, xarakterik səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlara malikdir.
Uşaqların vaxtında peyvənd olunmasının bu xəstəliyin qarşısının alınmasında böyük rolu var.
Qızılcaya yoluxmuş, əsasən də mütəşəkkil müəssisələrdə bu virusun təsirinə məruz qalan xəstənin təcrid edilməsi virusun digər uşaqlara, xüsusən də peyvənd olunmamış və ya daha yüksək risk altında olan şəxslərə yayılmasının qarşısını alır.

Bu məqsədlə ümümtəhsil, məktəbəqədər və digər təhsil müəssisələrində tibbi-profilaktiki tədbirlər müntəzəm olaraq aparılmalı, peyvənddən kənarda qalan uşaqlar peyvəndə cəlb edilməli, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə əməl olunmalıdır. Bu müəssisələrdə termometriya rejimi təmin olunmalı, otaqların havası mütəmadi olaraq dəyişdirilməli, şəxsi gigiyena qaydalarına riayət edilməli və qızılca xəstəliyinə şübhəli uşaqların dərhal sağlam uşaqlardan təcrid edilməsinə nəzarət gücləndirilməlidir.

 

Please select an image first to render the grid properly