Payız qış mövsümünün başlaması ilə əlaqədar qrip və digər mövsümi virus infeksiyalarının yayılma riski əhəmiyyətli dərəcədə artır. Tibb işçiləri əhaliyə, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi və vaxtında profilaktik tədbirlər görməyi tövsiyyə edirlər.
Qrip virusuna yoluxmuş xəstədə əlamətlər qəfil başlayır və özünü simptomlarla göstərir: 38°C və daha yuxarı bədən temperaturu, quru öskürək, boğazda ağrı və qıcıqlanma, baş və əzələ ağrıları, ümumi halsızlıq və yorğunluq, bəzi hallarda əlavə olaraq ürəkbulanma, üşütmə (titrətmə) və iştahasızlıq da müşahidə oluna bilər.
Bu əlamətlər adi soyuqdəymə ilə qarışdırıla bilər,qrip, adətən, soyuqdəymə ilə müqayisədə daha ağır keçir və düzgün müalicə olunmadıqda fəsadlara səbəb ola bilər.
Risk qrupuna körpələr və məktəbyaşlı uşaqlar; yaşlı insanlar (65 yaşdan yuxarı); xroniki xəstəlikləri olanlar; hamilə qadınlar daxildir.
Bu kateqoriyaya aid olan şəxslərə xüsusi diqqət yetirilməsi, ilkin simptomlar müşahidə olunduqda isə dərhal həkimə müraciət olunması tövsiyə edilir.
İnfeksiyanın qarşısını almaq üçün aşağıdakı profilaktik tədbirlər tövsiyə olunur:
-Kütləvi və qapalı məkanlarda maskadan istifadə etmək
-öskürərkən və asqırarkən ağzınızı salfetlə və ya dirsəklə tutmaq,
-Əlləri tez-tez sabunla və ya antiseptik vasitələrlə yumaq
-Otaqları mütəmadi havalandırmaq
-Sağlam və balanslı qidalanmaq
-Gündəlik yuxu rejiminə riayət etmək və stresdən uzaq durmaq
Bu sadə qaydalar həm özünüzü, həm də ətrafınızdakıları qorumağa kömək edir:
– Qripin qarşısını almağın ən effektiv yolu hər il vaxtında peyvənd olunmaqdır.
– Peyvənd xüsusilə risk qrupuna daxil olan şəxslərə tövsiyə olunur.
-Peyvəndlər həm yoluxmanın qarşısını alır, həm də xəstəlik zamanı ağırlaşma ehtimalını azaldır.