Quba, Balakən və Ağstafa rayon GEM – lərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində Quba, Balakən və Ağstafa rayon GEM–lərində tədbirlər keçirilib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib və Heydər Əliyev Mərkəzində fotosərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi fəaliyyətindən, onun zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması barədə söhbətlər aparılıb.