Quba rayonu və Bakı şəhərinin Xətai rayonlarında maarifləndirici tədbirlər keçirilib

Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ mütəxəssisləri tərəfindən Xətai rayon 56 saylı orta məktəbin və Quba rayon Quba-Xaçmaz  Regional Təhsil  idarəsinin tabeliyində olan  Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran rayonlarının ümumi təhsil  orta və məktəbəqədər təhsil  müəssisələrinin rəhbər, tibb işçiləri və pediatrların iştirakı ilə maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə 10.11.1992-ci il tarixli 371 nömrəli “Sanitariya-epidemiolji salamatlıq haqqında” Qanuna və digər hüquqi sənədlərə istinad edərək uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, sağlamlığının qorunması, sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl oluması barədə təqdimat nümayiş olunub.

 

Həmçinin, uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulanıb.

 

Eyni zamanda aktiv həyat tərzi, fəal istirahət, uşaq və yeniyetmələr arasında tütünçəkmənin zərərləri  barədə təbliğat işləri aparılaraq tədbir iştirakçılarına müxtəlif mövzularda təbliğat materialları təqdim edilib.