Qurban bayramında heyvan kəsiminə və gigiyenik tələblərə nəzarət gücləndirilib
Ana səhifə › Xəbərlər › Qurban bayramında heyvan kəsiminə və gigiyenik tələblərə nəzarət gücləndirilib
Qurban bayramında heyvan kəsiminə və gigiyenik tələblərə nəzarət gücləndirilib
İyn 6, 2025 15 Views
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 may 2025-ci il tarixli “Qurban Bayramı tədbirləri ilə bağlı aidiyyəti fəalliyətlərin təşkili barədə” 3-28/3-1-194/2025 nömrəli Əmrinə müvafiq olaraq 4-8 iyun tarixlərində şəhər və rayonlarda diri heyvanların satışı, kəsimi xidmətləri göstərilən yerlərdə sanitariya – gigiyena və dezinfeksiya qaydalarına əməl olunmasına nəzarətin təmin edilməsi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi, Qafqaz müsəlmanları idarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət monitorinq qrupların tərkibində şəhər və rayon Gigiyena və Epidemiologiya Mərkəzlərin nümayəndələri iştirak edir.
Həyata keçirilən və davam etdirilən monitorinqlərdə şəhər, rayon Gigiyena və Epidemiologiya Mərkəzlərin mütəxəssisləri tərəfindən diri heyvanların satışının həyata keçirilməsi planlaşdırılmış və müvəqqəti kəsim düşərgələri üçün müəyyənləşdirilmiş yerlərdə sanitariya-gigiyena və dezinfeksiya qaydalarına əməl olunmasına dair nəzarət tədbirləri aparılır.