Regionlarda qrip əleyhinə vaksinasiya kampaniyası davam edir
Ana səhifə › Xəbərlər › Regionlarda qrip əleyhinə vaksinasiya kampaniyası davam edir
Regionlarda qrip əleyhinə vaksinasiya kampaniyası davam edir
Okt 31, 2025 13 Views
Əhalinin sağlamlığının qorunması və qrip xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən profilaktik tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Mövsümi qripə qarşı əhalinin peyvəndlənməsi məqsədilə ölkəyə Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinin yüksək keyfiyyətli və təhlükəsiz vaksinləri gətirilib.
Səhiyyə naziri Teymur Musayevin imzaladığı əmrdən irəli gələrək, 2025-ci il oktyabrın 8-dən etibarən ölkə üzrə başlanılan qrip əleyhinə vaksinasiya kampaniyası hazırda Ağcabədi və Mingəçevir şəhərlərində uğurla davam etdirilir.
Rayonların səhiyyə müəssisələrində monitorinqlər aparılıb, qrip əleyhinə vaksinasiya ilə əhatə səviyyəsi təhlil edilib. Əldə olunan nəticələr əsasında müzakirələr keçirilib, vaksinasiya prosesinin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qeyd edək ki, vaksinasiya tam ödənişsiz şəkildə həyata keçirilir və dövlət tibb müəssisələrinin ambulator-poliklinika şöbələrində aparılır.