Respublika GEM-də “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl”münasibətilə tədbir keçirilib

Dekabrın 29-da Respublika Gigiyena və Epidemiologiya Mərkəzində 31 dekabr –“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə tədbir keçirilib.
Rəhbərlik kollektivi qarşıdan gələn yeni il münasibətilə təbrik edib və onlara öz
fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbir iştirakçıları 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə yanaşı, həm də müstəqil Azərbaycan tarixində mühüm hadisələrin, qələbə və nailiyyətlərlə dolu bir il kimi yaddaşlarda qaldığını bildiriblər.