Respublika GEM-də iməclik keçirilib

Fevralın 3-də Respublika GEM-nin kollektivi müəssisənin həyətyanı sahəsində seçkiqabağı ağacəkmə aksiyası və iməclik keçirib.
Aksiya çərçivəsində ərazidə dekorativ və meyvə ağacları, gül kolları əkilib və yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Bununla yanaşı, quru ağaclar budanaraq ümumi sanitar-təmizlik işləri aparılıb.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.