Respublika GEM-in mütəxəssisləri növbəti seminarı Nəsimi rayonunda keçirib
Ana səhifə › Xəbərlər › Respublika GEM-in mütəxəssisləri növbəti seminarı Nəsimi rayonunda keçirib
Respublika GEM-in mütəxəssisləri növbəti seminarı Nəsimi rayonunda keçirib
Noy 3, 2025 14 Views
30 oktyabr tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Nəsimi rayonu ümumtəhsil orta və məktəbəqədər təhsil müəssisələrinin rəhbər, tibb işçiləri və pediatrların iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulanıb. Uşaq və yeniyetmələrin sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunması barədə təqdimat nümayiş edilib.
Eyni zamanda aktiv həyat tərzi, fəal istirahət, uşaq və yeniyetmələr arasında tütünçəkmənin zərərləri barədə təbliğat işləri aparılaraq tədbir iştirakçılarına müxtəlif mövzularda təbliğat materialları təqdim edilib.