Respublika GEM-nin əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Noyabrın 4-də Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Baş direktor Sara Həsənovanın iştirakı ilə “8 Noyabr – Zəfər günü” və “9 Noyabr – Bayraq günü” ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasəti müasir Azərbaycanımızın tarixi Zəfərinin təntənəsidir. Zəfər günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olub.

Bu böyük qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər ordumuza böyük inamı sayəsində qazanılıb.

Mərkəzin əməkdaşları müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı üstünə gül dəstələri qoyublar.