Respublika GEM-nin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ana səhifə › Xəbərlər › Respublika GEM-nin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Respublika GEM-nin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dek 12, 2024 59 Views
11 dekabr tarixində ümummilli lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Fəxri xiyabanı ziyarət edərək, dahi rəhbər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub xatirəsini dərin ehtiramla yad ediblər.
Eyni zamanda görkəmli alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb.
Ulu Öndər fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayıb.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə səhiyyənin və tibb elminin inkişafında mühüm rol oynayan savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması ilə yanaşı, yeni elmi mərkəzlərin yaranmasına, eləcə də ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirilməsinə xüsusi önəm verilib.
Heydər Əliyev adı və xidmətləri hafizələrdən heç zaman silinməyəcək!