Respublika GEM-nin mütəxəssislərinin Rusiyanın Həştərxan şəhərində keçirilən Beynəlxalq təlimdə iştirakı

26-29 sentyabr 2023-cü il tarixlərində Həştərxan şəhərində (Rusiya Federasiyası) Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi  və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal xidmətinin (Роспотребнадзор) mobil laboratoriya kompleksinin bazasında sanitariya-epidemioloji xarakterli fövqəladə hallarda çevik reaksiya qruplarının birgə beynəlxalq təlimləri keçirilir.

Təlimlərdə Rusiyanın aparıcı mütəxəssisləri, Şərqi Avropa, Cənubi Qafqaz, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak edəcəklər.

Tədbir fövqəladə halların aradan qaldırılması sahəsində müxtəlif ölkələrdən təcrübə mübadiləsi aparmaqla çevik reaksiya qruplarının formalaşdırılması və işinin təşkili prinsiplərini nəzərdən keçirməyə və öyrənməyə, həmçinin mobil laboratoriyaların mütəxəssisləri arasında praktiki qarşılıqlı fəaliyyət bacarıqlarını, yoluxucu xəstəliklərin baş verməsi halında birgə cavab reaksiyasını inkişaf etdirməyə imkan verəcəkdir.

Təlimlər zamanı İstehlakçıların Hüquqlarının Müdafiəsi  və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal xidmətinin müxtəlif formatlı mobil laboratoriyaları təqdim edilərək işə cəlb olunacaqlar.