Respublika GEM-nin mütəxəssisləri Bakı şəhər uşaq poliklinikalarında İmmunlaşdırma həftəsi” ərəfəsində monitorinqlər keçirib

“İmmunlaşdırma həftəsi” ərəfəsində  Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya  Mərkəzinin mütəxəssisləri tərəfindən  Bakı şəhərinin  Nəsimi, Nizami, Nərimanov, Sabunçu, Suraxanı, Xətai, Səbail, Yasamal   rayon uşaq poliklinikalarında monitorinqlər keçirilib.       

 

 Monitorinqlər zamanı tibb işçilərinə fərqli növ peyvəndlərin  dozaları arasında intervalların gözlənilməsi, peyvənd təqvimindən kənarçıxmalar zamanı peyvəndləməyə dair təqvim,  uşaqlarda vaksinasiyaya əks-göstərişlər və ehtiyat  tədbirləri barədə tövsiyələr  verilib. 

 

Eyni zamanda, müəssisələrdə peyvəndlərlə idarə olunan xəstəliklərə və onların  profilaktikasına dair  valideynlərlə maarifləndirmə işi aparılıb .