Respublika GEM-nin mütəxəssisləri tərəfindən növbəti təlim keçirilib
Ana səhifə › Xəbərlər › Respublika GEM-nin mütəxəssisləri tərəfindən növbəti təlim keçirilib
Respublika GEM-nin mütəxəssisləri tərəfindən növbəti təlim keçirilib
Okt 16, 2025 7 Views
Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ mütəxəssisləri tərəfindən Bərdə rayonunda Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Xankəndi şəhəri, Füzuli, Ağdam, Ağcabədi, Bərdə rayonlarının ümumtəhsil orta və məktəbəqədər təhsil müəssisələrinin rəhbər, tibb işçiləri və pediatrların iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə 10/XI.92-ci il tarixli 371 nömrəli “Sanitariya-epidemiolji salamatlıq haqqında” Qanuna və digər hüquqi sənədlərə istinad edərək uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, sağlamlığının qorunması, sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunması barədə təqdimat nümayiş olunub.
Eyni zamanda aktiv həyat tərzi, fəal istirahət, uşaq və yeniyetmələr arasında tütünçəkmənin zərərləri və yoluxucu xəstəliklərin profilaktikası barədə təbliğat işləri aparılıb.
Tədbir iştirakçılarına müxtəlif mövzularda təbliğat materialları təqdim edilib.