Respublika GEM tərəfindən içməli su təminatı üzərində  monitorinq həyata keçirilib

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”  PHŞ-ın 2025-ci   il  üçün əsas  təşkilatı, sanitariya-gigiyenik  və  əksepidemik  tədbirlər  planına əsasən Mərkəzin Kommunal gigiyena bölməsinin mütəxəssisi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsinin iştirakı ilə Respublikanın Kür və Araz çayları boyu  və digər ərazilərdə yerləşən  kəndlərdə qurulmuş modul tipli su təmizləyici qurğular vasitəsilə  əhaliyə verilən içməli su təminatı üzərində laboratoriya tədqiqat üsullarının tətbiqi ilə  monitorinq  həyata keçirilib.

 

Monitorinq nəticələri ilə əlaqədar, aşkar olunmuş nöqsanlar bağlı tədbir görülməsi üçün ADSEA-yə müvafiq sağlamlaşdırıcı tədbirlərin aparılması üçün təkliflər verilib.