Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “8 NOYABR – ZƏFƏR BAYRAMI” münasibətilə tədbir keçirilib
Ana səhifə › Xəbərlər › Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “8 NOYABR – ZƏFƏR BAYRAMI” münasibətilə tədbir keçirilib
Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “8 NOYABR – ZƏFƏR BAYRAMI” münasibətilə tədbir keçirilib
Noy 7, 2023 738 Views
07.11.2023-cü il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “8 NOYABR – ZƏFƏR GÜNÜ”-nə həsr olunmuş tədbir keçirildi. Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə çıxış edən Respublika GEM-nin Baş direktoru Sara Həsənova öz nitqində bildirdi ki, xalqımız artıq 3-cü ildir ki, Azərbaycanın ən yeni tarixinin-şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. Həmçinin qeyd etdi ki, Azərbaycan xalqına böyük Zəfəri yaşadan qəhrəman oğullarımızın əziz xatirəsi xalqımız tərəfindən hər zaman uca tutulacaq.
Tədbirdə Respublika GEM-nin Sanitariya-gigiyena məsələləri üzrə direktor müavini S.Məmmədov, Sanitariya – gigiyena şöbəsinin müdiri Z.Kazımov və Həmkarlar İttifaqının sədri İ.Səfərova çıxış etdilər.
Tədbirdə Mərkəzin işçilərindən və ailə üzvlərindən II Vətən müharibəsində iştirak edən işçilər maddi yardımla mükafatlandırıldılar.