Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Ulu öndər Heydər Əliyevin yubileyi ilə bağlı keçirilən ağacəkmə aksiyasında 100 ədəd müxtəlif növ meyvə ağacları əkilib

Müstəqil Azərbaycanın memarı və qurucusu  ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Respublika GEM-nin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Respublika GEM-nin əməkdaşları tərəfindən həyətyanı sahədə abadlıq işləri aparılmaqla ağaclar əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiya və ətraf mühitin qorunmasına hər zaman önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək və təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.