Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 443 modul qurğuda monitorinqlər keçirir
Ana səhifə › Xəbərlər › Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 443 modul qurğuda monitorinqlər keçirir
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 443 modul qurğuda monitorinqlər keçirir
Avq 5, 2022 577 Views
Azərbaycan Respublikası Prezidentinin 20.07.2007-ci il, tarixli, 2245 saylı “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar, bəzi tədbirlər haqqında” sərəncamı ilə bağlı, respublikanın 26 rayonunda quraşdırılmış 460 modul tipli sutəmizləyici qurğuda içməli su təchizatının yaxşılaşdırılması və daha da təkmilləşdirilməsi ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə nəzarət tədbirləri həyata keçirilir.
Dövlət sanitariya xidmətinin mütəxəssisləri və səyyar laboratoriyası tərəfindən ildə 2 dəfə əhaliyə verilən içməli suyun keyfiyyəti üzərində hal-hazırda istismarda olan 443 modul qurğuda monitorinqlər keçirərək suyun orqanoleptik, sanitar-kimyəvi, bakterioloji göstəricilər üzrə laborator təhlillər aparılır.
Müayinə nəticələri barədə aidiyyəti üzrə “AZƏRSU” ASC-nin rəhbərliyinə tədbir görülməsi üçün rəsmi qaydada təkliflər verilir.