“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-ın nümayəndələri “İSX vasitəsilə immunizasiya xidmətlərinin göstərilməsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
Ana səhifə › Xəbərlər › “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-ın nümayəndələri “İSX vasitəsilə immunizasiya xidmətlərinin göstərilməsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-ın nümayəndələri “İSX vasitəsilə immunizasiya xidmətlərinin göstərilməsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
Avq 3, 2022 924 Views
25-28 iyul tarixlərində Gürcüstanın Tbilisi şəhərində “İSX vasitəsilə immunizasiya xidmətlərinin göstərilməsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan, Özbəkistan, Moldova, Gürcüstan, Ukrayna, Monqolustan, Ermənistan və Estoniya ölkələrinin nümayəndələri iştirak edib. Qeyd olunan tədbirdə ölkəmizi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-ın nümayəndələri təmsil edib.
Tədbirin məqsədi ölkələrin İlkin səhiyyə xidmətinin təşkili, onların profilaktik peyvəndlərlə təmin edilməsində üzləşdikləri ümumi problemlər və bu problemləri aradan qaldırmaq üçün istifadə edilə biləcək strategiyalar barədə idi. Tədbirin sonunda hər bir iştirakçıya sertifikatlar təqdim edilib.