Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Zoom vasitəsilə görüş keçirilib
Ana səhifə › Xəbərlər › Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Zoom vasitəsilə görüş keçirilib
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Zoom vasitəsilə görüş keçirilib
Okt 8, 2025 72 Views
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “2025-2026-cı ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qrip xəstəliyi əleyhinə vaksinasiya kampaniyasının keçirilməsi barədə” əmrinin icrası ilə əlaqədar olaraq 08.10.2025-ci il tarixində “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən şəhər və rayon Gigiyena və Epidemiologiya Mərkəzləri ilə Zoom vasitəsilə görüş keçirilib.
Görüş zamanı qrip əleyhinə vaksinin tətbiqi, kəskin respirator virus infeksiyalarına qarrşı profilaktik və əksepidemik tədbirlərin aparılması barədə şəhər və rayon GEM-lərinin əməkdaşlarına məlumat və göstərişlər verilib.
Please select an image first to render the grid properly