Respublika Gigiyena və Epidemiologiya Mərkəzində 17 iyun – Tibb işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Ana səhifə › Xəbərlər › Respublika Gigiyena və Epidemiologiya Mərkəzində 17 iyun – Tibb işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
Respublika Gigiyena və Epidemiologiya Mərkəzində 17 iyun – Tibb işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib
İyn 16, 2023 822 Views
Bildiyimiz kimi, 17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq, Ulu öndər Heydər Əliyev 17 iyun Tibb işçilərinin Peşə Bayramı günü kimi qeyd edilməsi barədə 4 iyun 2001-ci il tarixli 733№-li Sərəncam imzalanıb.
Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Cəmiyyətin hər sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvə ilə çalışan Ulu öndərimizin rəhbərliyi altında ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilmiş, səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülmüş, islahatlar aparılıb. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin kollektivi 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü ərəfəsində Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Mərkəzin əməkdaşları məzarın önünə tər çiçək dəstələri qoyub, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edildi və məzarları üstünə gül dəstələri düzüldü.
Hörmətli tibb işçiləri! Hörmətli həmkarlar!
Sizi və sizin timsalınızda kollektivin bütün üzvlərini 17 iyun –Tibb işçilərinin Peşə Bayramı günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, xoşbəxtlik, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.