Səhiyyə Nazirliyinin “İmmunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinin icrasi ilə əlaqədar olaraq 21-24 aprel tarixlərində “İmmunlaşdırma həftəsi” çərçivəsində Səhiyyə Nazirliyi Respublika GEM-in mütəxəssisləri Ağdam rayonuna ezam olunublar. Mərkəzi rayon xəstəxanasının direktoru ilə görüş keçirilib, “İmmunlaşdırma həftəsi”nə hazırlıq və görüləcək işlər barədə müzakirələr aparılıb.
Həmçinin Ağdam şəhər “Ailə Sağlamlıq Mərkəzi”, Çəmənli, Əfətli və Ətyeməzli həkim məntəqələrində monitorinqlər həyata keçirilib.