Azərbaycan Respublikası Səhiyyə Nazirinin imzaladığı əmrə əsasən 2024-cü
il 21–27 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilir. Bu həftə çərçivəsində hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi təmin edilir. 22-24.04.2024-cü il tarixlərində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Ağdam və Şabran rayonlarında immunlaşdırma tədbirlərinin aparılmasına dair monitorinqlərin keçirilməsində iştirak ediblər.