Respublikada kəskin süst ifliclər üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinin aparılmasına dair monitorinqlər keçirilib
Ana səhifə › Xəbərlər › Respublikada kəskin süst ifliclər üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinin aparılmasına dair monitorinqlər keçirilib
Respublikada kəskin süst ifliclər üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinin aparılmasına dair monitorinqlər keçirilib
Okt 27, 2023 541 Views
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 09.07.21-ci il tarixli “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin davam etdirilməsi barədə” 54 nömrəli əmri ilə təsdiq edilmiş “2021-2025-ci illərdə poliomielitdən azad ərazi statusunun saxlanılması üzrə Fəaliyyət Planı”-nın icrası məqsədilə 18-20 oktyabr 2023-cü il tarixlərində Respublikanın İmişli və Ucar rayonlarında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən kəskin süst ifliclər üzrə epidemioloji nəzarət və immunlaşdırma tədbirlərinin aparılmasına dair təlim və monitorinqlər keçirilib.
Təlimlər zamanı tibb işçilərinə uşaqların poliomielitə qarşı peyvəndlə əhatə olunmasının yüksək səviyyədə saxlanılması, uşaqlar arasında kəskin süst iflic hadisələrinin aşkar olunmasına diqqətin artırılmasına dair ətraflı məlumat verilmiş, müzakirələr aparılıb.
Rayon gigiyena və epidemiologiya mərkəzlərinin əməkdaşlarına enterovirusların sirkulyasiyasının təyin edilməsi məqsədilə hər ay ətraf mühitin monitorinqinin keçirilməsi-çirkab su nümunələrinin götürülməsi, saxlanılması, laboratoriyaya çatdılılması qaydaları izah edilib.