Respublikada qızılca əleyhinə dezinfeksiya işləri aparılır
Ana səhifə › Xəbərlər › Respublikada qızılca əleyhinə dezinfeksiya işləri aparılır
Respublikada qızılca əleyhinə dezinfeksiya işləri aparılır
Dek 31, 2023 461 Views
Respublikada qızılca xəstəliyinin yayılması səbəbindən məktəbəqədər və ümumtəhsil müəssisələrində əksepidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Bununla əlaqədar olaraq, 2023-cü ilin dekabr ayında respublikanın Oğuz, Xızı, İmişli, Tovuz, Göyçay rayonlarında və Naftalan şəhərində yerləşən körpələr evi, ümumtəhsil və məktəbəqədər müəssisələrində dezinfeksiya işləri aparılmışdır. Aparılan dezinfeksiya işləri digər rayonlarda da davam etdirilir və epidemioloji vəziyyət nəzarətdə saxlanılır. Şəkildə İmişli və Tovuz rayon orta məktəblərində dezinfeksiya işləri əks olunub.