Respublikada qrip əleyhinə vaksinasiya kampaniyasına start verilib

2022-2023-cü ilin payız-qış mövsümü ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin  gücləndirilməsi və bu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyinin əmrinə əsasən 2022-ci ilin dekabr ayının 17-dən respublikada qrip əleyhinə vaksinasiya kampaniyasına start verilib.

Qripə qarşı vaksinasiya ən effektiv profilaktik vasitədir. İlk növbədə qripə qarşı peyvəndə risk qrupuna aid olan tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslər cəlb olunmalıdır.

Vaksinasiya kampaniyasının təşkili üçün məntəqələr müəyyənləşdirilib, xüsusi peyvənd otaqları ayrılıb və peyvənd materialları ilə təmin edilib.     

Hazırda vaksinasiya tədbirləri Respublikanın bütün şəhər və rayonlarında uğurla davam etdirilir.