RGEM-də “8 Noyabr – Zəfər Günü” və “9 Noyabr – Dövlət Bayraq Günü” münasibətilə tədbir keçirilib

Noyabrın 6-da Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “8 Noyabr – Zəfər Günü” və “9 Noyabr – Dövlət Bayraq Günü”-nə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən Respublika GEM-nin Baş direktoru Sara Həsənova öz nitqində Azərbaycan xalqına böyük Zəfəri yaşadan qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulacağını qeyd edib. Həmçinin, Bərdə rayon GEM-də dezinfektor vəzifəsində çalışan Hüseynov Adil Namiq oğlunun xatirəsi ehtiramla yad edilib. O, Tərtər, Ağdam, Ağdərə və Suqovuşan (Madagiz) bölgələrində gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Mərkəzin rəhbəri II Vətən müharibəsində iştirak edən qazilərə və onların valideynlərinə öz minnətdarlığını bildirib.

Tədbirdə Respublika GEM-nin Epidemioloji məsələlər üzrə direktor müavini A.Əliyeva, Təşkilati məsələlər üzrə direktor müavini S.Nəcəfova, Yeni Azərbaycan Partiyasının Gigiyena və Epidemiologiya Mərkəzinin sədri Z.Kazımov, Həmkarlar İttifaqının sədri K.Misirzadə və I Vətən müharibəsi iştirakçısı E.Əhmədov çıxış ediblər. Onlar 30 il erməni işğalı altında olan doğma torpaqlarımızın Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi, eləcə də, döyüşlərdə qəhrəman oğullarımızın göstərdiyi şücaətlər, üçrəngli bayrağımızın milli birliyi təcəssüm etdirdiyi barədə çıxış ediblər.

Tədbirdə I və II Vətən müharibəsinin iştirakçıları olan Mərkəzin işçiləri Eldar Əhmədov, Bayram Hüseynov, Aydın Hacıyev, Cavad Məmmədzadə, Tərlan Ələkbərov, Seymur Məhərrəmov maddi yardımla mükafatlandırılıblar.