“Risk kommunikasiyası və icmalarla iş infodemiyanın idarə olunması təlimi” adlı tədbir keçirilib
Ana səhifə › Xəbərlər › “Risk kommunikasiyası və icmalarla iş infodemiyanın idarə olunması təlimi” adlı tədbir keçirilib
“Risk kommunikasiyası və icmalarla iş infodemiyanın idarə olunması təlimi” adlı tədbir keçirilib
Sen 28, 2023 522 Views
25-27 sentyabr tarixlərində Şabran rayonunda Ümumdünya Səhiyyə Təşkilatının təşkil etdiyi«Risk kommunikasiyası və icmalarla iş infodemiyanın idarə olunması təlimi» adlı tədbirkeçirilib.
Təlimin əsas məqsədi, peyvəndlərlə bağlı qeyri-dəqiq məlumatların yayılması prosesində infodemiyanın* idarəolunmasını təmin etmək idi. Təlimdə 30-a yaxın jurnalist, sosial mediada geniş izləyici auditoriyasına sahib influenser və yerli səhiyyə qurumlarının-Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak edib.
Təlimdə iştirakçılara risk kommunikasiyası və icmalarla iş, səhiyyədə fövqəladə hallar zamanı medianın rolu, rutin immunizasiya, infodemiya anlayışı və onun idarəolunması haqqında məlumat verilib, qrup işləri aparılıb və müzakirələr edilib.
––––––––––––––––––––––––––––––
*İnfodemiya – və ya informasiya epidemiyası (yanlış məlumat, şayiələr, çaxnaşma)- fövqəladə hallar zamanı rəqəmsal və ya fiziki mühitdə yalan və ya çaşdıran məlumatların həddən artıq çoxluğu deməkdir. Söz “informasiya” və “epidemiya” sözlərinin birləşməsindən yaranıb.