Səhiyyə Nazirliyi Respublika GEM-də “8 Mart Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirilib

Səhiyyə Nazirliyi Respublika GEM-də “8 Mart Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirilib.

Səhiyyə Nazirliyi Respublika GEM-nin Baş direktoru Sara Həsənova giriş sözü ilə çıxış edərək mərkəzdə çalışan qadınları “8 Mart Beynəlxalq Qadınlar Günü”  münasibətilə təbrik edərək onlara iş və həyat fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Səhiyyə Nazirliyi Respublika GEM-in Baş direktor müavinləri, şöbə və bölmə müdirləri YAP-ın ilk ərazi təşkilatının sədri və Həmkarlar İttifaqının sədri çıxış edərək qadınları ürəkdən təbrik ediblər.

Eyni zamanda, tədbirdə iştirak edən Mərkəzin bir neçə əməkdaşına (S.Quliyeva, E.İbrahimova, Z.Eynullayeva, E.Yusufova, Y.Litvinova, F.Nəzərova, V.Quliyeva, C.Əliyeva, Ş.Hacıyeva, İ.Novruzova) vəzifə funksiyalarını peşəkarlıqla və keyfiyyətlə yerinə yetirdiklərinə görə təşəkkürnamələr təqdim olunub.