Səhiyyə Nazirliyi Respublika GEM-də tullantılarla işləmək qaydaları barədə treninq keçirilib

Azərbaycan Respublikasının “Tullantılar haqqında” Qanununun 12-6 maddəsinə uyğun olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi “Tullantılarla işləmək qaydaları, təhlükəli tullantılarla düzgün işləməyin təşkili” barədə 15-16-17 aprel 2025-ci il tarixlərində təlimlər keçirilib.

İştirakçılarla təlimlərdə tullantıların idarə olunması işinin təşkili barədə praktik qrup çalışması, tullantıların çeşidlənməsi modeli üzərində əyani praktik məşğələlər aparılıb.

Təlimlərdə iştirak etmiş 17 tibb müəssisəsindən 22 nəfər tibb işçisinə təhlükəli tibbi tullantılarla işləmək hüququ barədə sertifikat verilib.