Səhiyyə Nazirliyi Respublika GEM-də “Tullantılarla işləmək qaydaları, təhlükəli tullantılarla düzgün işləməyin təşkili” barədə təlimlər keçirilib

Azərbaycan Respublikası “Tullantılar haqqında” Qanunun 12.6 “Təhlükəli tullantıların, o cümlədən təhlükəli tibbi tullantıların idarə olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslərin peşə hazırlığına dair tələblər” maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in 3.6 maddəsinə əsasən, müalicə-profilaktika müəssisələrində tullantılara gündəlik nəzarətin təşkili üçün xüsusi cavabdeh şəxsin müvafiq sənəd (sertifikat) alması ilə əlaqədar, Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də “Tullantılarla işləmək qaydaları, təhlükəli tullantılarla düzgün işləməyin təşkili” barədə təlimlərin keçirilməsi davam edir.