Səhiyyə Nazirliyi Respublika GEM-də YAP Nizami rayon təşkilatının təşəbbüsü ilə “Tibbi profilaktika” ilk ərazi təşkilatının növbəti tədbiri keçirilib

15 iyun –Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşəbbüsü ilə 11 iyun 2025–ci il tarixdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “Tibbi profilaktika” ilk ərazi təşkilatının tədbiri keçirilib.

Tədbirdə partiyanın ictimai siyasi fəaliyyətinə dair görülən işlər və qarşıda duran vəzifələr barədə məsələlər müzakirə olunub və diqqətə çatdırılıb.

Tədbir çərçivəsində partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub. Həmçinin partiya sıralarında fəaliyyəti ilə fərqlənən F.Nəzərova və G.Rzaquliyevaya təşəkkürnamə və mükafatlar təqdim olunub.

 “Tibbi profilaktika” ilk ərazi təşkilatının məqsədi partiya üzvləri arasında həmrəyliyi gücləndirmək, milli dəyərlərimizin təbliğinə və gələcək nəsillərə ötürülməsinə xidmət etməkdir.