Səhiyyə Nazirliyi Respublika GEM-nin kollektivi Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

10 may 2025-ci il tarixində Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü dərin ehtiram və qürur hissi ilə qeyd olunur.

Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın dahi oğlu Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Heydər Əliyevin dövlət siyasətində səhiyyə və sosial rifah sahələri hər zaman prioritet istiqamətlərdən biri olmuşdur. Məhz onun uzaqgörən siyasəti sayəsində yeni xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilib, tibbi müəssisə obyektləri müasir tibbi avadanlıqlarla təchiz edilərək  Azərbaycanın səhiyyə sisteminin inkişafında əvəzsiz rol oynayıb və bu sahəyə verdiyi töhfələr bu gün də hiss olunur.

Ulu Öndər Heydər Əliyevin siyasi və ictimai irsi, onun xalqına və dövlətinə göstərdiyi sədaqəti daim yaddaşlarda yaşayacaq və gələcək nəsillər üçün əbədi örnək olacaq.

H.Əliyevin fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və ölkəmizin beynəlxalq aləmdə tanınmasına xidmət edib.