Səhiyyə Nazirliyi Respublika GEM-nin mütəxəssisləri tərəfindən Mingəçevir şəhərində maarifləndirici tədbir keçirilib
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyi Respublika GEM-nin mütəxəssisləri tərəfindən Mingəçevir şəhərində maarifləndirici tədbir keçirilib
Səhiyyə Nazirliyi Respublika GEM-nin mütəxəssisləri tərəfindən Mingəçevir şəhərində maarifləndirici tədbir keçirilib
May 14, 2025 21 Views
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən mayın 13-də Mingəçevir şəhərində Mərkəzi-Aran Regional Təhsil İdarəsinin tabeliyində olan Mingəçevir şəhəri, Göyçay, Ucar, Yevlax, Ağdaş, Zərdab, Kürdəmir rayonlarının ümumtəhsil orta və məktəbəqədər təhsil müəssisələrinin rəhbər, tibb işçiləri və pediatrların iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə uşaq və yeniyetmələrin sağlamlığının qorunması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, bu baxımdan gələcəyimiz olan uşaqların sağlam, təhsilli, ölkəmizə layiqli vətəndaş kimi yetişməsi üçün təhsil ocaqlarının qarşısında duran əsas vəzifələri, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunması barədə təqdimatlar nümayiş edilib.
Eyni zamanda, sağlam həyat tərzi, fəal istirahət, uşaq və yeniyetmələr arasında tütünçəkmənin zərərləri barədə təbliğat işləri aparılıb, tədbir iştirakçılarına müxtəlif mövzularda təbliğat materialları təqdim edilib.