Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində tədbir keçirilib
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində tədbir keçirilib
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində tədbir keçirilib
İyn 14, 2024 391 Views
14 iyun tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Milli Qurtuluş Günü,Tibb işçilərinin Peşə bayramı və Müqəddəs Qurban Bayramına həsr olunmuş tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixində imzaladığı 733№-li Sərəncama əsasən, hər il 17 iyun Respublikamızda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu tarixin başlanğıcı 17 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədardır.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib. Giriş sözü ilə çıxış edən Səhiyyə Nazirliyi Respublika GEM-nin Baş direktoru Sara Həsənova son zamanlar tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, müasir kadr islahatları, tibb müəssisələrinin təmir və bərpası, bölgələrdə yeni tipli xəstəxanaların tikilməsi, səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərindən söz açıb, bayramlar münasibətilə bütün kollektivi təbrik edib.
Tədbirdə Səhiyyə Nazirliyi Respublika GEM-nin Baş direktorun Epidemiloji məsələlər üzrə müavini A.Əliyeva, Təşkilati məsələlər üzrə müavini S.Nəcəfova, Kommunal-gigiyenası bölməsinin müdiri E.Abdullayev, Həmkarlar İttifaqının sədri K.Misirzadə və texniki işçi Ş.Hacıyeva çıxış ediblər.