Səhiyyə Nazirliyinin nümayəndələri Cenevrədə keçirilən COP11-də iştirak ediblər
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyinin nümayəndələri Cenevrədə keçirilən COP11-də iştirak ediblər
Səhiyyə Nazirliyinin nümayəndələri Cenevrədə keçirilən COP11-də iştirak ediblər
Noy 24, 2025 12 Views
İsveçrənin Cenevrə şəhərində Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası Tərəfləri Konfransının 11-ci sessiyası (COP11) keçirilib. Konfransın işində Azərbaycanın nümayəndə heyəti tərkibində Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Baş direktoru Səbinə Babazadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorun Sanitariya-gigiyena məsələləri üzrə müavini Teymur Teymurov və İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştirak ediblər. 11-ci sessiyada tütünlə mübarizə sahəsinə aid bir sıra aktual mövzuların açıqlanması və geniş müzakirəsi aparılıb. İSİM-in direktoru Səbinə Babazadə ümumi müzakirələrdə çıxış edərək, ölkəmizdə tütünçəkmə ilə mübarizə istiqamətində görülən işlərdən barədə məlumat verib. Konfrans çərçivəsində Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsinə dair qlobal irəliləyişin xülasəsi təqdim olunub.