Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
Sen 27, 2024 179 Views
Vətən müharibəsinin başlanmasından 4 il ötür.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Dövlət başçısının imzaladığı müvafiq Sərəncama əsasən, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradılır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsində əldə olunan zəfərə və qəhrəmanlıq salnaməsinə köklənərək, tariximizin ən şərəfli səhifələrindən biri yazılıb. 27 sentyabr zəfərlə nəticələnən 44 günlük Vətən müharibəmizin və uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi bütövlüyümüzün bərpa edilməsi, suverenliyin tam bərqərar olunması və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan qürurverici gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı hərbçilərimizə şəfa versin!