Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində və “Sağlam radio” da “Heyvan dişləmələri və quduzluq xəstəliyi” mövzusunda maarifləndirici yayım keçirilib
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində və “Sağlam radio” da “Heyvan dişləmələri və quduzluq xəstəliyi” mövzusunda maarifləndirici yayım keçirilib
Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində və “Sağlam radio” da “Heyvan dişləmələri və quduzluq xəstəliyi” mövzusunda maarifləndirici yayım keçirilib
İyl 18, 2025 43 Views
İyulun 10-da “Sağlam-radio” 93 FM və 16 iyul tarixində isə Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova heyvan dişləmələri və quduzluq xəstəliyi mövzusunda maarifləndirici çıxış edib.
Yayım zamanı GEM-in rəsmisi heyvanlar tərəfindən törədilən xəsarətlər nəticəsində baş verə bilən xəstəliklər, xüsusi ilə quduzluq xəstəliyi barədə geniş məlumat verib.
Heyvan dişləmələri, çırmaqlaması və tüpürcəkləməsi zamanı ilkin tibbi yardım və təyin edilən müalicə kursunun qaydaları izah edilib.
Həmçinin, yayım zamanı dinləyici və izləyicilər tərəfindən verilən suallar ətraflı şəkildə cavablandırılaraq, mövzü barədə məsləhət və tövsiyələr verilib.
Please select an image first to render the grid properly