Səhiyyənin Təhlükəsizliyi üzrə Milli Fəaliyyət Planının hazırlanmasına dair görüş keçirilib
Ana səhifə › Xəbərlər › Səhiyyənin Təhlükəsizliyi üzrə Milli Fəaliyyət Planının hazırlanmasına dair görüş keçirilib
Səhiyyənin Təhlükəsizliyi üzrə Milli Fəaliyyət Planının hazırlanmasına dair görüş keçirilib
Okt 24, 2025 19 Views
22–23 oktyabr tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Səhiyyənin Təhlükəsizliyi üzrə Milli Fəaliyyət Planının hazırlanmasına həsr olunmuş görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in aidiyyəti əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova və ÜST-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı səhiyyə təhlükəsizliyinin təmin olunmasında düzgün planlaşdırma və hərtərəfli yanaşmanın əhəmiyyətini qeyd ediblər.
Tədbirin əsas məqsədi ölkədə səhiyyə sahəsində fövqəladə hallara hazırlıq və mübarizə imkanlarının gücləndirilməsi olub. Görüş, 2023-cü ildə səhiyyə təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə həyata keçirilmiş Birgə Xarici Qiymətləndirmə (BXQ) prosesinin məntiqi davamı kimi təşkil edilib.