Sabirabad rayonunda maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Sabirabad rayonunda Mil-Muğan Regional Təhsil  İdarəsinin tabeliyində olan Sabirabad, İmişli, Saatlı, Beyləqan rayonlarının ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbər, tibb işçiləri və pediatrların iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə 10.11.1992-ci il tarixli 371 nömrəli “Sanitariya-epidemiolji salamatlıq haqqında” Qanuna və digər hüquqi sənədlərə istinad edilərək uşaq və yeniyetmələr arasında epidemiya əleyhinə və profilaktika tədbirlərin görülməsi, su ilə bağlı gigiyenik biliklərin artırılması, uşaq, yeniyetmələr və gənclər arasında sanitariya-epidemioloji salamatlığının təmin edilməsi, həmçinin yoluxucu xəstəliklərə  qarşı profilaktik tədbirlərin gücləndirilməsi, sağlam  ətraf  mühit və sağlam  həyat  tərzinin təbliği, narkomaniya, spirtli içkilərin və tütün çəkmənin zərərlərinə dair “Dövlət Proqramları”ndan  irəli  gələn  tədbirlərin icrası  və  maarifləndirmə  işinin təşkilinə dair geniş müzakirə aparılıb,  təqdimat nümayiş olunub.

Sonda tədbir iştirakçılarına müxtəlif mövzularda təbliğat materialları təqdim edilib.