Sağlamlığın Təhlükəsizliyinə dair Milli Fəaliyyət Planı hazırlığı ilə əlaqədar tədbir keçirilib
Ana səhifə › Xəbərlər › Sağlamlığın Təhlükəsizliyinə dair Milli Fəaliyyət Planı hazırlığı ilə əlaqədar tədbir keçirilib
Sağlamlığın Təhlükəsizliyinə dair Milli Fəaliyyət Planı hazırlığı ilə əlaqədar tədbir keçirilib
İyl 23, 2024 205 Views
16-18 iyul tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Sağlamlığın Təhlükəsizliyi üçün Milli Fəaliyyət Planı üzrə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, RGEM, TƏBİB, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Hava Yolları, İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak edib.
Tədbir zamanı 1-5 may 2023-cü il tarixində Azərbaycanda keçirilmiş Birgə Xarici Qiymətləndirmənin (BXQ) nəticələri müzakirə olunub. BXQ hesabatının tövsiyələri əsasında risklərin qiymətləndirilməsi, prioritetlər və xərclərə əsaslanaraq Sağlamlığın Təhlükəsizliyinə dair Milli Fəaliyyət Planının hazırlanması üçün hazırlıq işlərinə başlanılıb.