Dezinfeksiya – xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə yoluxucu xəstəliklərin törədicilərinin (bakteriyaların, virusların, ibtidailərin və s) məhv edilməsidir.
Dezinfeksiya geniş mənada – ətraf mühit obyektlərində yoluxucu xəstəlik törədicilərinin – bir çox xəstəliklərdə infeksiya mənbəyi və ya keçirici sayılan həşəratların və məişət parazitlərinin (dezinseksiya) məhv edilməsinə yönəldilmiş xüsusi tədbirlər kompleksidir.
Dezinfeksiyanın profilaktik, cari və yekun növləri var.
Profilaktik dezinfeksiya – yoluxucu xəstəliklərin olub-olmamasından asılı olmayaraq daima aparılır və onların yayılmasının qarşısının alınmasına yönəldilmişdir. Belə ki, uşaq müəssisələrində, ictimai iaşə, tibb müəssisələrində və s. yerlərdə profilaktik dezinfeksiya tədbirləri həyata keçirilir.
Cari dezinfeksiya bilavasitə xəstənin və ya törədicigəzdirənin ətrafında , infeksiya ocaqlarında – xəstənin hospitallaşdırmasına qədər xəstəlik ocaqlarında, xəstə evdə müalicə edildikdə yoluxucu xəstəliklərin törədicilərinin ətraf mühitdə yayılmasının qarşısının alınması məqsədilə aparılır.
Yekun və ya tamamlayıcı dezinfeksiya – xəstənin təcrid olunmasından və ya xəstə sağaldıqdan, yaxud vəfat etdikdən sonra infeksiya ocağında aparılır.
Dezinseksiya— yoluxucu xəstəliklərin törədicilərinin canlı keçiriciləri sayılan həşəratlarla mübarizəyə yönədilmiş tədbirlərdir. Buraya profilaktik və məhvedici tədbirlər aiddir.
Dezinseksiya mexaniki, fiziki, kimyəvi və bioloji üsullarla aparılır.
Mexanikivasitələrə qoruyucu kostyumların, yapışqan kağız, miçətkənlərin və s. istifadəsi aiddir.
Fizikivasitələrə quru isti hava, su buxarı, qaynadılma daxildir.
Kimyəvi üsul –müxtəlif kimyəvi vasitələrin- insektisidlərin işlədilməsinə əsaslanmışdır.
Biolojimetod əsas etibarilə kənd təsərrüfatı zərərvericilərinin məhvedilməsi üçün işlədilir.
Deratizasiya — müxtəlif gəmiricilərlə əsasən siçan və siçovullarla mübarizə məqsədilə aparılan tədbirlər kompleksidir.
Gəmiricilərə qarşı tədbirlər bioloji, kimyəvi və mexaniki üsullardan istifadə etməklə həyata keçirilir.
Kimyəvi üsul ən geniş tətbiq edilən üsuldur, bu zaman müxtəlif zəhərlərdən- rodentisidlərdən istifadə edilir.