“Tibbi profilaktika” ilk ərazi təşkilatı əməkdaşlarının mükafatlandırılması

Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Yeni Azərbaycan Partiya Nizami rayon təşkilatının təşəbbüsü ilə “Tibbi profilaktika” ilk ərazi təşkilatında geniş tədbir keçirilib.

“Tibbi profilaktika” ilk ərazi təşkilatının yarandığı gündən bu günədək təşkilatın üzvlərinin Nizami rayon YAP təşkilatı tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Tədbirdə bir sıra YAP üzvləri ölkənin və rayonun ictimai siyasi hadisələrində fəal iştirak etdiklərinə görə təltif edilib.

“Tibbi profilaktika” ilk ərazi təşkilatı olaraq məqdəsimiz partiyanın müəyyən etdiyi siyasi kursa sadiq qalmaq, verilmiş tapşırıqların öhdəsindən layiqincə gəlmək, əzmlə çalışmaqdır.