Türkiyədə “Müharibə və Şiddət kölgəsində Sağlamlıq” mövzusunda konfrans keçirilib
Ana səhifə › Təlimlər › Türkiyədə “Müharibə və Şiddət kölgəsində Sağlamlıq” mövzusunda konfrans keçirilib
Türkiyədə “Müharibə və Şiddət kölgəsində Sağlamlıq” mövzusunda konfrans keçirilib
Dek 8, 2022 535 Views
1-4 dekabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən İctimai Səhiyyə və Ümumi Sağlamlığa həsr olunmuş “Müharibə və Şiddət kölgəsində Sağlamlıq” mövzusunda 6-cı Beynəlxalq və 24-cü Milli Xalq Sağlamlığı Konqresinə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən mütəxəssislər ilə yanaşı, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) və digər tibb müəssisələrinin əməkdaşları iştirak ediblər. Konfransdan bir gün əvvəl əməkdaşlarımıza “Xalq Sağlamlığı qərarlarının qəbulunda sağlamlıq göstəriciləri” barədə təlim kursu keçirilib, statistik məlumatların doğru və dürüst əldə edilməsi barədə geniş izahlar verilib.
Konfrans zamanı əsas müzakirəyə səbəb olan mövzular COVID-19 pandemiyası zamanı əldə edilən təcrübələr, qlobal perspektivli qocalıq problemləri, müharibə və miqrasiya şəraitində əhaliyə göstərilən ümumi səhiyyə xidmətləri, ətraf mühit amillərinin, habelə zərərli vərdişlərin sağlamlığa təsiri, əsasən qadın və uşaqlara göstərilən tibbi xidmət və ictimai münasibətlərdən söz açılıb.
İctimai Səhiyyə və Ailə Təbabəti Xidmətlərinin İnteqrasiyası, beynəlxalq nümunələrlə sağlamlıq sistemləri təcrübələri və digər səhiyyə siyasətləri barədə də geniş müzakirələr aparılıb.
Göstəriş və səsli panellər, şifahi, poster təqdimatları və müxtəlif kurslardan ibarət olan konfransın zəngin elmi irsində həkimlərimiz digər ölkələrin mütəxəssisləri ilə bir yerdə olaraq, problemləri və onların həlli təkliflərini müzakirə ediblər. Çıxış və təqdimatlar dinlənilərək müxtəlif mütəxəssislərin əldə etdiyi təcrübələr və aparılan araşdırmalar əsasında bilik və bacarıqlar artırılıb.